A24 Xeber

Türkiyədə 200 nəfər iftar yeməyindən zəhərləndi

Türkiyədə 200 nəfər iftar yeməyindən zəhərləndi
42
22 May 2018 - 9:23

Türkiyənin Konya böyük şəhər bələdiyyəsi Ramazan ayı ərzində hər gün müxtəlif yerlərdə iftar yeməyi verir. Bu dəfə Ədalət və İnkişaf Partiyasının (AKP) bələdiyyə ilə birlikdə verdiyi iftar süfrəsindən sonra 200 nəfər yedikləri yeməklərdən zəhərlənib.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, iftar zamanı 2 yemək firması tərəfindən hazırlanan sup, ətli plov və halva verilib.

İftarda verilən yeməkləri yedikdən sonra evlərinə gedən şəhər sakinləri qarın ağrısı, qusma və baş gicəllənməsindən şikayətlənərək təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıblar.

2 gün ərzində təxminən 200 nəfər xəstəxanalara müraciət edib. Lakin bu rəqəmin artacağı gözlənilir.

Hadisədən sonra Qida, Əkinçilik və Heyvandarlıq rayon şöbəsi tərəfindən yeməklərdən nümunələr götürülərək araşdırmaya başlanılıb.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00