Türkiyədə arvadı ilə dalaşan azərbaycanlı kişi özünü bıçaqladı - VİDEO

Türkiyədə arvadı ilə dalaşan azərbaycanlı kişi özünü bıçaqladı – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanlı kişi telefonda arvadı ilə dalaşdıqdan sonra özünü bıçaqlayıb.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərində baş verib.

Xəbərdə bildirilir ki, xanımı ilə telefonda mübahisə edən azərbaycanlı kişi əsəbindən küçədə qışqırdıqdan sonra evinə gedib. Bir müddətdən sonra evdən gələn səsləri qonşular eşidib və qapılarını döyüb. Evin qapısı açıq, azərbaycanlı kişi isə yerdə qanlar içərisində uzanmış vəziyyətdə olub. Tez “təcili yardım” çağırılıb və kişiyə ilk tibbi müdaxilə evdə edilib. Daha sonra xəstəxanaya aparılıb.

Azərbaycanlı ər polislərə verdiyi ifadəsində arvadı ilə telefonda dalaşdığını və əsəblərini cilovlaya bilməyib özünü bıçaqladığını söyləyib.

“A24.az” Türkiyə mediasında yayımlanan videoxəbəri təqdim edir:

Firuzə Alimova / MTM

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Kriminal, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar