A24 Xeber

Türkiyədə azərbaycanlı faciəvi şəkildə ölüb – FOTO

Türkiyədə azərbaycanlı faciəvi şəkildə ölüb – FOTO
39
14 Sentyabr 2018 - 15:28

Azərbaycan vətəndaşı Türkiyədə qəzada ölüb.

“A24.az” “Report”a istinadən xəbər verir ki, hadisə Türkiyənin Bursa şəhərində Nilüfər ilçəsinin Taxtalı Məhəlləsində qeydə alınıb.

Özəl fermer təsərrüfatında çalışan Şirvan sakini, 1988-ci il təvəllüdlü Seyidov Rauf Rəhim oğlu idarə etdiyi qoşqulu traktoru dönmə anında dərəyə aşırıb. Nəticədə traktorun altında qalaraq hadisə yerində həyatını itirib. Bu gün mərhumun cənazəsinin Türkiyədən gətirilməsi gözlənilir. Qohumlarının dediyinə görə, sentyabrın 15-də R.Seyidovun 30 yaşı tamam olacaqdı.

Faktla bağlı Bursa şəhərinin hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00