Türkiyədə azərbaycanlı iş adamını daşa basdılar - FOTO

Türkiyədə azərbaycanlı iş adamını daşa basdılar – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin Antalya şəhərində azərbaycanlı iş adamı hücuma məruz qalıb.

“A24.az” “haberturk.com”a istinadən xəbər verir ki, 37 yaşlı iş adamı Zaur Həsənov iş görüşməsindən qayıdarkən yolda başqa bir maşın onun bahalı cipini əzərək hadisə yerindən qaçıb.

Bundan qəzəblənən Z.Həsənov həmin maşını təqib etməyə başlayıb.

O, Yaşıldərə adlanan məhəllədə təqib etdiyi avtomobilin sürücüsü və yaxınları tərəfindən hücuma məruz qalıb. Onlar azərbaycanlı iş adamını daşa basıblar.

Çıxılmaz vəziyyətdə qalan Z.Həsənov hadisə yerindən qaçaraq dərhal polisə məlumat verib.

O, polis əməkdaşlarının köməyilə içərisində mobil telefonu, pul qabı, kredit kartları olan maşınını götürə bilib. Z.Həsənov ona hücum edən şəxslərdən şikayətçi olmadığını deyib. (azvision.az)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar