Türkiyədə azərbaycanlı rəssamın eskizi əsasında gümüş sikkə buraxıldı - FOTO

Türkiyədə azərbaycanlı rəssamın eskizi əsasında gümüş sikkə buraxıldı – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə Xəzinəsinin əskinas çap etmə və sikkə kəsmə İdarəsi Osmanlı dövründə dəniz qüvvələri komandanlarından Oruc Rəisin xatirəsini əbədiləşdirmək məqsədi ilə 20 türk lirəsi dəyərində gümüş xatirə sikkəsi buraxıb.

“A24.az”ın verdiyi məlumata görə, gümüş sikkə İstanbuldakı  əskinas çap etmə və sikkə kəsmə İdarəsi tərəfindən kəsilib. Oruc Rəis gümüş sikkəsi İstanbuldakı Yedditəpə universitetinin azərbaycanlı  müəllimi, professor Rafiq Əzizin İstanbuldakı Dəniz muzeyində saxlanılan Oruc Rəis adlı tablosunun eskizi əsasında buraxılıb. Professor Rafiq Əziz APA-ya açıqlamasında deyib ki, bu, onun altıncı əsərinin eskizi əsasında dizayn edilərək buraxılan sikkədir. ”Sikkənin eskizinin yağlıboya orijinalı İstanbulun Beşiktaş rayonunda yerləşən Dəniz muzeyindədir. Bundan əvvəl isə UNESCO-nun mənim 3 əsərimi Türkiyəyə tövsiyə etməsindən sonra Xəzinə gümüş xatirə pulları buraxıb. Bu şəkildə əməkdaşlığı davam etdirəcəyik” – deyə professor Rafiq Əziz açıqlamasını bitirib.

Qeyd edək ki, 2017-ci ildə Türkiyə Xəzinəsinin İstanbuldakı əskinas çap etmə və pul kəsmə İdarəsi professor Rafiq Əzizin yağlıboya tablosunun eskizi əsasında Türk dənizçilik tarixinin məşhur komandanı Piri Rəisin adına gümüş xatirə pulu buraxıb. Türkiyənin Dəniz və Hava qüvvələri komandanlıqları ilə yaxından əməkdaşlıq edən professor Rafiq Əzizin adı çəkilən hərbi qurumların sənət  muzeylərində 150-dən artıq rəsm əsəri var.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar