Türkiyədə azərbaycanlının faciəvi ölümü kameralara düşdü - VİDEO

Türkiyədə azərbaycanlının faciəvi ölümü kameralara düşdü – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyədə iki yük maşını səhər işə getmək istəyən azərbaycanlının üzərindən keçərək ölümünə səbəb olub.

“A24.Az” Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Edirnə şəhərində işə getmək üçün avtobus gözləyən şəxsi əvvəlcə bir yük maşını əzib, daha sonra digər yük maşını da onun üzərindən keçib. Baş verənlərin hamısı anbaan kameralara yansıyıb. Türkiyə polisi isə 2 min yük maşını sürücüsünü axtararaq araşdırma aparandan sonra hadisəni törədən şəxsi nəzarət altına alıb.

Hadisə zamanı dünyasını dəyişən şəxsin azərbaycanlı olduğu deyilir. 41 yaşlı Nəriman Allahverdiyev səhər saatlarında işə getmək üçün yolun kənarında avtobus gözləyib. İddiaya görə, daş yığmağa gedən iki yük maşını hər zaman istifadə etdikləri yol təmirə bağlandığı üçün Keçmiş Edirne asfalt yolundan istifadə etməli olub. Sürətlə piyada yolunun üzərinə çıxan yük maşını azərbaycanlının üzərindən keçib. Sürücü yoluna davam edərkən arxadan gələn digər yük maşını da talesiz adamın üzərindən ikinci dəfə keçib. Lakin hər iki sürücü heç bir şey olmamış kimi yollarına davam edib. Azərbaycanlı Nəriman Allahverdiyev isə hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

“A24.Az” Türkiyə mediasında yayımlanan dəhşətli videogörüntüləri təqdim edir:

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar