Türkiyədə bəzi nazirliklərin adı dəyişdiriləcək

Türkiyədə bəzi nazirliklərin adı dəyişdiriləcək
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyədə prezident və parlament seçkilərindən sonra bir sıra nazirliklərin adının dəyişdirilməsi haqqında qərar qəbul ediləcək.

“A24.az” xəbər verir ki, Ailə İşləri və Sosial Siyasət Nazirliyinin adı Ailə və Cəmiyyət Nazirliyi, Elm, Sənaye və Texnologiyalar Nazirliyinin adı Elm və Sənaye Nazirliyi olacaq.

Bundan başqa, Əmək və Sosial Təminat Nazirliyinin adı Əmək və Sosial Müdafiə Nazirliyi, Ətarf Mühitin Mühafizəsi və Urbanizasiya Nazirliyinin adı isə Urbanizasiya Nazirliyi kimi dəyişdiriləcək.

Qeyd edək ki, Türkiyənin prezident idarəçilik formasına keçidi ilə əlaqədar olaraq bir sıra dövlət orqanlarında struktur dəyişiklikləri aparılacaq.

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkilərin iyunun 24-də keçiriləcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar