A24 Xeber

Türkiyədə çoban tapılmadı, Azərbaycandan idxal olundu – 19 yaşlı azərbaycanlı çoban – VİDEO

Türkiyədə çoban tapılmadı, Azərbaycandan idxal olundu – 19 yaşlı azərbaycanlı çoban – VİDEO
167
17 May 2018 - 11:43

Türkiyə idxal yolu ilə Azərbaycandan çoban işçi əldə edib.

“A24.az” xəbər verir ki, azərbaycanlı gənc Türkiyədə çobanlıq etmək təklifini qəbul edib.

Bundan əvvəl Türkiyədə verilən xəbərlərdə 2, 3 hətta 5 min lirəyə çoban axtarıldığı elan edilmişdi.

450 baş heyvanın sahibi ayda 2 min lirə (820 manat) maaşa çoban axtardığını elan edib. Ancaq ölkəsində tələbinə qarşılıq verən olmayıb. Bunu görən sürü sahibi tanışı vasitəsiylə idxal yolla çoban axtarışına üz tutub.

Azərbaycanda yaşayan 19 yaşlı Qədir Niftəliyə çobanlıq etmək təklif edilib və o da bunu qəbul edib. Hazırda 450 baş heyvana Rize yaylalarında çobanlıq edir. Azərbaycanlı çoban hətta gəzməkdə çətinlik çəkən quzuları belində və qucağında daşıyır.

“A24.az” Türkiyə mediasında yayımlanan videoxəbəri təqdim edir:

A24.az / MTM

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00