A24 Xeber

Türkiyədə daha bir azərbaycanlı qadın əri tərəfindən öldürüldü – FOTO

Türkiyədə daha bir azərbaycanlı qadın əri tərəfindən öldürüldü – FOTO
313
14 İyun 2018 - 16:41

İğdırın Karakoyunlu kəndində yaşayan 35 yaşlı Taner Parlar dini nikahlı azərbaycanlı həyat yoldaşı Heyran Hüseynovanı tapancayla öldürüb. Parlar etdiyi cinayət əməlindən sonra telefonda qohumuyla danışarkən intihar edib.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Kənd Təsərrüfatı ilə məşğul olan Taner Parlarla iki uşaq anası, dini nikahlı azərbaycanlı həyat yoldaşı Heyran Hüseynova arasında mübahisə yaranıb. Mübahisənin böyüdüyünü görən Taner Parlar tapanca ilə Heyran Hüseynovanın başından vuraraq öldürüb. Daha sonra Taner mobil telefonuyla  kənd muxtarı olan böyük qardaşı Şahin Parlara zəng edib və arvadını öldürdüyünü deyib.

Qardaşıyla danışan zaman  Taner silahı ürəyinə dayayıb və atəş açaraq özünü vurub. Atəş səsindən sonra qardaşının səsini eşidə bilməyən Şahin Parlar tez evə qaçıb. İçəri girən Şahin Parlar Heyran Hüseynovayla qardaşını qanlar içərisində görüb. Hadisə yerində aparılan araşdırmadan sonra ərlə azərbaycanlı qadının meyiti Iğdır Dövlət Xəstəxanasının morquna aparılıb.

Yaxınları Taner Parların maddi vəziyyətinin çox yaxşı olduğunu və cütlüyün çox yaxşı anlaşdığını, hadisənin nədən qaynaqlandığını anlaya bilmədiklərini deyiblər. Digər tərəfdən Taner Parların cinayəti işlətməzdən əvvəl soosial mediadakı feysbuk hesabındakı profil şəklini qaratldığı görünüb.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00