Türkiyədə dollar yenidən rekord həddə bahalaşacaq - EKSPERT

Türkiyədə dollar yenidən rekord həddə bahalaşacaq – EKSPERT
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin ABŞ-la münasibətləri gərginləşdikdən sonra dolların türk lirəsi qarşısında məzənnəsi durmadan dəyişir.

A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki gün əvvəl dolların türk lirəsi qarşısında məzənnəsi 5.42 TL-yə qədər yüksəlməsinə baxmyaraq, bu gün 5.2182 TL-yə qədər ucuzlaşıb. Gün ərzində məzənnənin 5.2729 TL səviyyəsində olacağı proqnolaşdırılır. Qeyd olunur ki, dolların TL-yə nisbətdə məzənnəsi 5.2447 TL səviyyəsinə qədər ucuzlaşa bilər. Kurs belə davam etdiyi halda növbəti günlərdə hətta 5.1170 ve 5.0565 səviyyəyə qədər ucuzlaşa biləcəyi ehtimal edilir.

Ekspertlər qeyd edirlər ki, iki ölkə (ABŞ-Türkiyə) arasında münasibətlərin daha da gərginləşəcəyi halda dolların TL qarşısındakı məzənnəsi 5.3840 TL-yə qədər arta bilər.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar