Türkiyədə fövqəladə vəziyyət rejimi yenidən uzadılacaq

Türkiyədə fövqəladə vəziyyət rejimi yenidən uzadılacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyədə fövqəladə vəziyyət rejimi yenidən üç ay müddətinə uzadılacaq.

A24.Az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Beştepede keçirilən Milli Təhlükəsizlik Şurasının iclasından sonra yayılan məlumatda qeyd olunub.

Xəbərdə Şuranın Türkiyə Nazirlər Kabinetinə fövqəladə vəziyyət rejiminin daha üç ay müddətinə uzadılmasını tövsiyə etdiyi vurğulanıb.

Bununla da Türkiyədə fövqəladə vəziyyət rejimi 7-ci dəfədir ki, uzadılacaq.

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət rejimi 2016-cı il iyulun 15-də baş vermiş dövlət çevrilişinə cəhddən sonra iyulun 21-dən tətbiq olunur.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar