Türkiyədə hər kəs bu məscidin imamından danışır - VİDEO - FOTOLAR

Türkiyədə hər kəs bu məscidin imamından danışır – VİDEO – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Bəyoğlunda, Gümüşsuyunda yerləşən Səlimi Xatun Məscidinin 15 illik imamı evsiz insanların çimməsi üçün şərait yaradıb.

A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Osman Gökrem adlı imam təxminən 2 il öncə məscidin dəstəmaz alınan otağını duşla təmin edib.

Məscidin divarına asılmış kağız lövhədə “Küçədə yaşayırsansa, təmizliyə ehtiyacın varsa, şənbə və bazar günləri namaz vaxtı istisna olmaqla, gəlib burada çimə bilərsən. Burada isti su, sabun, vedrə var. Sənə səfil, küçə adamı, içki düşgünü və s. deyə bilərlər. Amma bunun günahkarı bizik. Haqqınızı halal edin!” – deyə imam qeyd edib.

Onun bu addımı maraqla qarşılanıb.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar