Türkiyədə işdən uzaqlaşdırılanlar  vəzifəsinə geri qaytarılıb - 416 nəfər

Türkiyədə işdən uzaqlaşdırılanlar  vəzifəsinə geri qaytarılıb – 416 nəfər
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyədə fövqəladə vəziyyətlə bağlı yeni qərara görə, çevriliş cəhdindən sonra işdən uzaqlaşdırılmış 416 nəfər vəzifələrinə bərpa olunub.

A24.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki , bəzi dövlət qurumlarının siyahısında vəzifələrə qayıdanların sayı göstərilir:

  • Daxili İşlər Nazirliyinin Yerli İdarələri: 90 nəfər
  • Dini İşlər Nazirliyi: 76
  • Ali Təhsil Təşkilatı: 37
  • Sosial Müdafiə Təşkilatı: 24
  • Baş Təhlükəsizlik İdarəsi: 24
  • Ədliyyə Nazirliyi və ona bağlı təşkilatlar: 15

Türk Silahlı Qüvvələrindəki (TSK) vəzifələrinə geri qayıdanların sayı  isə 7 nəfər olub. Onların arasında professor, general Atilla Güngör da var.

Mart ayında Əmək və Sosial Müdafiə Nazirliyi tərəfindən verilən məlumata görə, ötən ilin iyul ayında baş verən dövlət çevrilişinə cəhddən sonra “FETO araşdırması” nəticəsində 125 min 485 nəfər insan vəzifədən uzaqlaşdırılmışdı.

Nazirlik mart ayına qədərki müddətdə 18 min 331 insanın da vəzifəsinə geri qaytarıldığını xəbər vermişdi.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar