Türkiyədə İŞİD-ə qarşı ƏMƏLİYYAT - 38 əcnəbi saxlanıldı

Türkiyədə İŞİD-ə qarşı ƏMƏLİYYAT – 38 əcnəbi saxlanıldı
Want create site? Find Free WordPress Themes and plugins.

İstanbulda polisin keçirdiyi əməliyyat nəticəsində İŞİD terror qruplaşması ilə əlaqədə olmaqda şübhəli bilinən 38 xarici vətəndaş saxlanılıb.

A24.Az Trend-ə istinadən bildirir ki, xüsusi əməliyyat eyni zamanda İstanbulun 12 ünvanında aparılıb.

Saxlanılan şəxslər müxtəlif terror aktları hazırlamaqda şübhəli bilinir.

Əməliyyat zamanı çoxlu sayda sənəd və avadanlıqlar müsadirə edilib.

Həmin şəxslərin milli mənsubiyyəti barədə məlumat verilmir.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar