A24 Xeber

Türkiyədə məşhurlaşan Nəsrin Cavadzadə modelliyə BAŞLAYIR: Təkliflər YAĞIR- FOTO

Türkiyədə məşhurlaşan Nəsrin Cavadzadə modelliyə BAŞLAYIR: Təkliflər YAĞIR- FOTO
99
23 May 2018 - 12:44

Türkiyədə məşhurlaşan Azərbaycan əsilli aktrisa Nəsrin Cavadzadə bu dəfə yeni bir yolda özünü sınamaq qərarına gəlib.
A24.Az xəbər verir ki, xanım Cavadzadə sevdiyi bir markadan təklif gələcəyi zaman modellik də edə biləcəyini, bu məsələyə müsbət- normal yanaşdığını vurğulayıb.
Türkiyə mediyasında gündəm olan Cavadzadəyə təkliflər yağdığı bildirilir.  “Sevdiyim bir makranın təqdimatı olsa podyuma çıxaram. İlk dəfə belə bir təklif gəldiyi zaman çox təəccüblənmişdim. Daha sonra bu cür təkliflərin davam etməsi məni sevindirdi. Dəyərləndirəcəm” deyən Cavadzadəyə xüsusi ilə də xarici ölkələrdən- bilinən markalardan modellik etməsi istəyinin gəldiyi vurğulanır.
Fizioloji olaraq da fit olan Cavadzadə hal-hazırda “Bizim hekaye” filmində Tülay rolunu canlandırır.
Xatırladaq ki, Azərbaycan əsilli aktrisa ispan filmi olan “El Desentierro”da çəkilib. Həmin ekran əsəri sentyabr ayında baş tutacaq “Sebastian Film Festivalı”nda yerini tutmaq üçün indidən hazırlıqlara başlayıb. Kollektivinə daxil olan cavadzadə də eyni həyəcanla festivala hazırlaşır.

X.V, A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00