A24 Xeber

Türkiyədə polislər arasında atışma: ölən və yaralanan var

Türkiyədə polislər arasında atışma: ölən və yaralanan var
74
03 Sentyabr 2018 - 11:38

İstanbulun Çekmeköy bölgəsində çavuş ilə polis arasında yaranan silahlı münaqişə zəmnində bir polis ölüb, polisin nəzarətçisi olan həyat yoldaşı və çavuş isə yaralanıb.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, hadisə saat 07:30 radələrində Çekmeköy Çamlıq Məhəlləsi Akınalp küçəsində baş verib.

Həbsxanada xidmət edən çavuş və polis məmuru arasında hələlik bilinməyən bir səbəbdən dava olub. Yaranan silahlı münaqişə zamanı polis məmuru Süleyman Y. hadisə yerində həyatını itirib. Polisin nəzarətçi xanımı və həbsxanada xidmət edən çavuş isə yaralanıblar. Hadisə yerinə təcili tibbi yardım maşını və polis bölməsinin əməkdaşları gəliblər. Yaralılar xəstəxanaya aparılıb.

Orxan Aslanlı / A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00