Türkiyədə Prezident  seçkilərinin yekun nəticələri açıqlandı

Türkiyədə Prezident  seçkilərinin yekun nəticələri açıqlandı
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə Mərkəzi Seçki Komissiyası ölkədə iyunun 24-də keçirilmiş prezident və parlament seçkilərinin yekun nəticələrini açıqlayıb.

A24.Az-ın Trend-ə istinadla məlumatına görə, yekun nəticələrə əsasən Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində 52,59 faiz, Muharrem İncə 30,64 faiz, Meral Akşener 7,29 faiz, Səlahəddin Demirtaş 8,4 faiz, Təməl Karamollaoğlu 0,89 faiz, Doğu Perinçek 0,2 faiz səs toplayıb.

Parlament seçkilərinə gəldikdə isə Ədalət və İnkişaf Partiyası (AKP) 42,56 faiz, Milliyətçi Hərəkat Partiyası (MHP) 11,1 faiz, Cümhuriyyət Xalq Partiyası (CHP) 22,65 faiz, İYİ partiyası 9,96 faiz, Xalqların Demokratik Partiyası (HDP) 11,7 faiz, Səadət Partiyası (SP) 1,23 faiz, Vətən Partiyası (VP) 0,23 faiz səs toplayıb.

Beləliklə, parlamentdə AKP 295, MHP 49, CHP 146, İYİ partiyası 43, HDP 67 millət vəkili ilə təmsil olunacaq. SP və VP parlamentdə təmsil olunmayacaq.

Qeyd edək ki, R.T.Ərdoğanın andiçmə mərasimi iyulun 9-da keçiriləcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar