Türkiyədə sərnişin qatarı aşdı: 24 ölü, 124 yaralı var - FOTOLAR - VİDEO

Türkiyədə sərnişin qatarı aşdı: 24 ölü, 124 yaralı var – FOTOLAR – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyədə sərnişin qatarının qəzaya uğraması nəticəsində 24 nəfər ölüb, 124-ü xəsarət alıb.

“A24.az”ın məlumatına görə, bu barədə “Milliyet” Səhiyyə Nazirliyinə istinadən xəbər verib.

Tekirdağ əyalətinin valisi Mehmet Ceylan bildirib ki, yaralılar helikopterlərlə xəstəxanalara çatdırılıblar. İlkin versiyaya görə, sərnişin qatarının qəzaya uğramasına əlverişsiz hava şəraiti səbəb olub. Uzunkörpü-İstanbul marşrutu üzrə hərəkət edən qatarın altı vaqonunun relsdən çıxmasına səbəb kimi leysan yağışlar nəticəsində baş verən torpaq sürüşməsi göstərilir.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. İlkin məlumata əsasən, qəza zamanı qatarda 362 sərnişin olub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Manşet, Dünya, Foto xəbər, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar