Türkiyədə sevgilisi tərəfindən öldürülən azərbaycanlı qadının ailəsi danışdı: "Başı parça-parça idi" - FOTO

Türkiyədə sevgilisi tərəfindən öldürülən azərbaycanlı qadının ailəsi danışdı: “Başı parça-parça idi” – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin Dənizli şəhərində sevgilisi Mertkan Öztürkün döyərək öldürdüyü azərbaycanlı Türkay İsayevanın bibisi qızı Natavan Əhmədova danışıb. O dəfələrlə şiddətə məruz qalan gənc qadının polisə müraciət etdiyini, heç kimin onun şikayətləri ilə maraqlanmadığını iddia edib.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Dənizlidə 2 uşaq anası olan Azərbaycan əsilli Türkay İsayeva (33 yaş) 18 aprel tarixində döyülərək öldürülüb. Hadisə ilə əlaqədar saxlanılan sevgilisi Mertkan Öztürk gənc qadının pilləkənlərdən düşərək öldüyünü irəli sürüb. Lakin meyitə baxış zamanı azərbaycanlı qadının bədəninin müxtəlif yerlərində zərbələrdən göyərmələrin olduğu, döyüldüyü üçün dünyasının dəyişdiyi sübut olunub.

Boynu qırılmışdı…

33 yaşlı Türkay İsayevanın ölümündən sonra bibisi qızı Natavan Əhmədova danışıb. O, Türkayın cinayətdə şübhəli bilinən şəxsdən şiddət gördüyünü söyləyib və hadisədən sonra şübhəlinin ailəsi tərəfindən təhdid edildiklərini irəli sürüb. Hətta Türkayın döyülməsinə şahid olduğunu da deyib və bunları qeyd edib:

“Dayım qızıyla görüşürdük. Bir dəfə 2-3 günlük ziyarətinə getdim. Gözlərimin önündə qızı ən azı 4 dəfə döydü. Türkay əlindən qurtula bilmirdi. Heç kim bizim şikayətlərimizə baxmadı. Şahid tutdular və qardaşı onu qurtardı. Türkayı alıb aparmaq istədim, amma “sevirəm” dedi. Sevgilisi hər dəfə onu aldadırdı. Ölümündən 3 gün əvvəl danışdıq, “ayrıldım, qurtuldum” dedi, amma Türkayın izini buraxmayıb. Sonra da döyərək öldürdüyünü eşitdik. Başı parça-parça idi”.

Uşaq qorxudan yata bilmir…

Hadisənin Türkay İsayevanın 7 yaşlı oğlunun gözləri qarşısında olduğunu deyən Natavan Əhmədova “uşaq hər şeyi danışdı: anamın saçlarından tutub divara vurdu, ağzından, burnundan qanlar axdı” deyib. Uşaq anasını hamama apararaq üzünü yuyub, amma anası çoxdan ölübmüş. Uşağı da “səni öldürəcəm” deyə təhdid edib. Psixologiyası pozulub, yata bilmir. Gözlərini yumanda “Mert gəldi” deyərək ağlayır” deyib.

Ailəsindən təhdidlər gəlir…

Natavan Əhmədova Türkay İsayevanı öldürdüyü iddiası ilə həbs olunan Mertkan Öztürkün ailəsindən təhdidlərin gəldiyini bildirib:

“Qardaşı baş verənlərə şahid olan uşağı və bizi də təhdid edir. “4 vəkil tutmuşuq, Merti qurtaracağıq” deyirlər. O adamı həbsdən qurtarmalarına izin verməsinlər. Mertdən 5 aylıq uşağı da var. O da Denizlidə dövlətin müdafiəsində, uşaq evindədir. Prezidentə səslənirəm, bizə yardım etsin!”

A24.az / MTM

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə, Kriminal, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar