Türkiyədə sol əllə bağlı qəribə fətva verildi

Türkiyədə sol əllə bağlı qəribə fətva verildi
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyədə Diyanət İşləri Nazirliyi müsəlmanların sol əli ilə yeməkdən imtina etməsinə təşviq edəcək bir fətva verib.

A24.az xəbər verir ki, Diyanət İşləri Nazirliyi peyğəmbərin hədisinə dayandığını iddia edərək, yemək yeyərkən sol əldən imtina etməli olduğu ilə bağlı fətva verib.

Hədisdə bidirilir:

“Sol əllə şeytanlar yeyib-içirlər”

Nazirlik daha sonra əlavə edərək bildirib:

“Peyğəmbərin sağ əli ilə yemə və içməyə dair məsləhətinə riayət etmək hər bir müsəlmanın vəzifəsidir. Buna görə valideynlər uşaqlarına sağ əllə yeməyi və içməyi öyrətməlidir. Fiziki məhdudiyyət səbəbindən sağ əliylə yeyə bilməyən sol əli ilə yeməsində problem yoxdur.”

QEYD: Hər şeydən öncə bu peyğəmbər adına uydurulmuş bir hədisdir. İstənilən bir qadağanın əsaslı səbəbi olmalıdır. Su içən birinin sol əli ilə içməkdən imtina etməsinə sırf “şeytan da sol əli ilə içir” səbəb olursa (ki bunun heç bir dəlili yoxdur), o zaman şeytan gözləri ilə görürsə, biz gözümü bağlamalıyıq? Şeytan düşünürsə, biz düşüncədən imtina etməliyik? Şeytan da Allahın varlığını qəbul edirsə, sırf şeytan da qəbul edir deyə, biz Allaha inanmaqdan əl çəkməliyik? Allah bir şeyi bizə qadağan edirsə, bunun gülünc deyil, əsaslı səbəbləri olur.

Məhəmməd Şükürlü //A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Din, Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar