Türkiyədə Telekommunikasiya və Rabitə İdarəsi bağlanıb

Türkiyədə Telekommunikasiya və Rabitə İdarəsi bağlanıb
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyədə Telekommunikasiya və Rabitə İdarəsi (TİB) bağlanıb. 

“A24.az”-ın məlumatına görə, “Report” “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin sözçüsü Numan Kurtulmuş jurnalistlərə bildirib.

Hökumət sözçüsünün sözlərinə görə, qurumun bütün səlahiyyətləri İnformasiya Texnologiyaları və Rabitə Şurasına (BTK) verilib.

Qeyd edək ki, İnformasiya Texnologiyaları və Rabitə Şurasının tərkibində olan Telekommunikasiya və Rabitə İdarəsi ölkə daxilində və xaricində fəaliyyət göstərən müxtəlif məzmunlu saytlara girişin inzibati qərarla qarşısının alınmasına sahibdir. Hazırda TİB Türkiyədə girişinə məhdudiyyət qoyulmuş 112 mindən çox saytın 94 faizi ilə bağlı qərarı verən qurumdur. Bu saytlara girişin sadəcə 2,6 faizi məhkəmə qərarı ilə məhdudlaşdırılıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar