Türkiyədə yenə bir MEŞƏ YANĞINI- Bu dəfə turistik zonada 

Türkiyədə yenə bir MEŞƏ YANĞINI- Bu dəfə turistik zonada
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin Antalya vilayətində meşə yanğını başlayıb.

A24.Az-ın məlumatına görə, yanğın 1 hektar ərazidə meşə massivini əhatə edir.

Hazırda yanğının lokallaşdırılması istiqamətində operativ işlər aparılır. Yanğının söndürülməsi üçün helikopterlər də cəlb olunub.

Qeyd edək ki, ötən gün Bodrumda meşə yanğını baş vermişdi. Yanğın axşam saatlarında canlı qüvvə və helikopterlərin hesabına söndürülmüşdü.

Bir neçə gün əvvəl isə İstanbulun meşə sahəsində güclü yanğın baş vermişdi.

Qeyd edək ki, Türkiyə ərazisinin 27,6 faizini meşə sahələri təşkil edir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar