Türkiyədə zəlzələ - 13 nəfər xəsarət alıb, dağıntılar var - FOTOLAR

Türkiyədə zəlzələ – 13 nəfər xəsarət alıb, dağıntılar var – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Səhər saatlarında Türkiyənin şərqində Adıyamanın Samsat bölgəsində zəlzələ baş verib.

“A24.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, 5,1 bal gücündə olan zələzlə Türkiyə vaxtı ilə gecə saat 03:34-də yaşanıb.

Zələzlə nəticəsində insan itkisi olmasa da 13 nəfər xəsarət alıb. Onların vəziyyəti normal qiymətləndirilir.

Daha sonra 2 xırda təkan da qeydə alınıb.

Qeyd edək ki, Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verilən məlumata görə, 5,1 bal gücündə olan zəlzələnin episentri Qaziantep şəhərindən 115 kilometr şimal-şərqdə, ocağı isə 9,17 kilometr dərinlikdə yerləşib.

Zələzələdən sonra Adlyamanda yaşayan vətəndaşlar küçələrə tökülüb. Bundan əvvəl Samsat 2 mart 2017-ci ildə də 5,1 bal gücündə baş verən zəlzələ zamanı sarsılmış və bir çox ev dağılmışdı.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Manşet, Dünya, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar