A24 Xeber

Türkiyədən İdliblə bağlı YENİ tələb

Türkiyədən İdliblə bağlı YENİ tələb
52
11 Sentyabr 2018 - 19:43

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Suriyanın İdlib əyalətində terror qruplaşmalarının mövcudluğuna son qoymaq üçün Rusiya, İran, ABŞ, Fransa və Böyük Britaniya ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

A24.Az xəbər verir ki, nazir bütün tərəflərin səylərinə baxmayaraq, İdlibdə hücumların davam etdiyini vurğulayıb.

O həmçinin qeyd edib ki, Suriya hakimiyyəti İdlib problemini güc yolu ilə həll etmək istəyir.

Çavuşoğlu İdlibdə hücumların dayandırılmasının vacibliyini də önə çəkib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00