Türkiyədən PKK-ya xəbərdarlıq: 3 bölgəyə zərbələr endirəcəyik

Türkiyədən PKK-ya xəbərdarlıq: 3 bölgəyə zərbələr endirəcəyik
Want create site? Find Free WordPress Themes and plugins.

İraq hökuməti PKK terror qruplaşmasının silahlı dəstələri ilə bacarmayacağı təqdirdə Ankara bu ölkənin  Qəndil, Sincar və Mahmur bölgələrinə zərbələr endirəcək.

“A24.az”ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.

Bundan əvvəl Türkiyə DİN rəhbəri Suleyman Soylu İraqın Hakurk rayonundakı obyektlərin əksəriyyətinin Türkiyə ordusunun nəzarətinə keçdiyini, hərbçilərin İraqın 26-27 km-liyinədək irəlilədiyini bildirib.  Nazir PKK düşərgəsinin yerləşdiyi Qəndil dağlarını son hədəf olduğunu  bildirib.

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib ki, Ankara İraqın şimalında PKK ilə mübarizədə əməkdaşlıq məsələlərini ABŞ, İraq və bu ölkənin kürd muxtariyyətinin rəhbərliyi ilə müzakirə edir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar