Türkiyədən şok açıqlama: "Afrində 7 ölkə ilə savaşırıq"

Türkiyədən şok açıqlama: “Afrində 7 ölkə ilə savaşırıq”
Want create site? Find Free WordPress Themes and plugins.

Biz Afrində sadəcə terroristlərlə mübarizə aparmırıq…

A24.az xəbər verir ki, Milli Təhlükəsizlik Mütəxəssisi Mete Yarar Afrinlə bağlı açıqlamasında “Məsələ sadəcə Afrin məsələsi deyil, biz Afrində sadəcə PKK-ya qarşı mübarizə aparmırıq. PKK-ya qaşı əməliyyatlar təşkil edirik, amma biz “yeddi dövlət”lə mübarizə aparırıq. Həqiqət budur” – deyə bildirib.

Çorlu Xalq Təhsil Mərkəzində təşkil edilən ” Yeni Dünya Nizamında Türkiyə” adlı konfransda danışan Yarar, işi ilə bağlı bir çox ölkədə olduğunu, bir çox ordu gördüyünü bildirərək, “Onların üzlərindəki qorxunu bilirəm. Amma bizim əsgərlərimiz kimi haqq yolunda döyüşən və mübarizə aparan bir ordu yoxdur. Bizim əsgərimizin üzündə heç bir müddətdə ən kiçik bir qorxu belə görmədim” – deyib.

Türkiyənin bu gün güclü bir dövlət olduğunu, cəmiyyətin prezident Rəcəb Tayyib Ərdoğanın arxasında olduğunu bildirən Yarar “Biz cəmiyyət olaraq cənab Prezidentinin arxasında dayanacağıq ki, bizə baxdıqları zaman hədəf alacaqları 80 milyon insanı görsünlər.” – deyib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar