A24 Xeber

Türkiyədən Yunanıstana dəstək: Köməyə hazırıq

Türkiyədən Yunanıstana dəstək: Köməyə hazırıq
23
24 İyul 2018 - 12:19

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstanda başlayan meşə yanğınları ilə əlaqədar ölkənin xarici işlər nazirinə zəng edərək Türkiyənin hər növ köməyə hazır olduqlarını bildirib.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, diplomatik qaynaqlardan əldə edilən məlumata görə, Çavuşoğlu yunanlı həmkarı Nikos Kocias ilə telefon danışığı zamanı Yunanıstanda baş verən yanğınlardan dolayı məyus olduqlarını və ölən insanlara rəhmət dilədiyini çatdırıb.

Həmçinin Çavuşoğlu Kociasa Türkiyənin hər növ yardıma hazır olduğunu da bildirib.

Qeyd edək ki, Yunanıstanın paytaxtı Afina daxil olmaqla bir neçə bölgəsində baş verən yanğında 50 nəfərin həyatını itirdiyi, çoxlu sayda insanın isə xəsarət aldığı qeyd edilir.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00