A24 Xeber

Türkiyədən Yunanıstana sərt XƏBƏRDARLIQ: Bu açıqlamaların heç bir hüquqi qarşılığı yoxdur

Türkiyədən Yunanıstana sərt XƏBƏRDARLIQ: Bu açıqlamaların heç bir hüquqi qarşılığı yoxdur
36
06 İyun 2018 - 22:32

Türkiyə Xarici İşlər Nazirliyi Sözçüsü Hami Aksoy Yunanıstan prezidenti Prokopis Pavlopoulosun Egey problemləri ilə əlaqəli açıqlamalarına reaksiya verib.

A24.Az Türkiyə mediasına istinadən xəbər verir ki, XİN sözçüsü bu ifadələri işlədib: “Aİ-nin Egey problemləri kontekstində Yunanıstanın siyasi istismarına alət olmaması istiqamətindəki xəbərdarlığımızı təkrarlayırıq”. Aksoy, Yunanıstan prezidenti Pavlopoulosun Avropa İttifaqının (Aİ) “Natura 2000” ətraf mühit proqramı ilə sərhədlər və torpaqlar arasında çətin əlaqə quran açıqlamalarının heç bir hüquqi qarşılığı olmadığını bildirib.

Xarici İşlər Nazirliyinin bu məsələdə 31 Mart 2018-ci ildə bəyanat verdiyini xatırladan Aksoy, “Mövzu haqqındakı mövqeyimiz nazirliyimizdən ötən həftə Aİ Nümayəndə Heyəti nümayəndəsinə də izah edilmişdir” ifadəsini işlədib.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00