A24 Xeber

Türkiyəli aktyoru öz restoranında döydülər – FOTOLAR

Türkiyəli aktyoru öz restoranında döydülər – FOTOLAR
25
19 İyul 2018 - 12:30

Bodrumda yaşayan türkiyəli aktyor Nejat İşler şəriki olduğu restoranda döyülüb.

A24.Az oxu.az-a istinadən xəbər verir ki, sənətçinin dişinin qırılmasına və huşunu itirməsinə səbəb olan dava üçün isə iki fərqli iddia səslənib.

Deyilənə görə, məkanda yüksək səslə dava edən cütlük İşleri narahat edib. O, cütlüyə yaxınlaşaraq “insanlar narahat olur. Uca səslə danışmasanız, sevinərəm” deyib. Ancaq aktyor müştərinin sərt reaksiya ilə qarşılaşıb.

“Sən niyə qarışırsan?” cavabını alan Nejat “Məkanı tərk edin” deyərək müştərinin restorandan çıxmasını tələb edib. Bu zaman isə onlar arasında gərginlik yaranıb. Müştəri ayağa qalxaraq Nejatı döyüb.

Dişi qırılan və huşunu itirən aktyor xəstəxanaya aparılıb.

Digər iddiaya görə isə, fanatlarından biri aktyorla şəkil çəkdirmək istəyib. Nejat isə onun istəyini rədd edib. Bu zaman fanatının əri aktyora hücum edib.

Hər iki tərəf bir-birindən şikayətçi olmayıb.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00