Türkiyəli dənizçilər kokain qaçaqmalçılığı üstündə tutuldu

Türkiyəli dənizçilər kokain qaçaqmalçılığı üstündə tutuldu
Want create site? Find Free WordPress Themes and plugins.
Şotlandiya məhkəməsi Böyük Britaniyaya qaçaqmalçılıq yolu ilə rekord həcmdə kokain keçirmək cəhdinə görə Türkiyədən olan iki dənizçini müvafiq olaraq 20 və 22 illik müddətə azadlıqdan məhrum edib.
“A24.az”-ın məlumatına görə, “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, narkotik maddələrin qaçaqmalçılığına cəhdin qarşısı Böyük Britaniya və Tanzaniya arasında əməkdaşlıq sayəsində alınıb.
Məlumata görə, gəminin kapitanı Mumin Şahin və birinci zabit Emin Özmen Qlazqo məhkəməsi tərəfindən müvafiq olaraq 22 və 20 il həbs cəzasına məhkum edilib.
Xatırladaq ki, ötən il Şotlandiyanın şərq sahillərində Tanzaniyadan gələn gəmidən 3,2 ton çəkidə kokain aşkarlanaraq müsadirə olunub. 664 milyon dollar məbləğində olan narkotik maddəni Hollandiyaya keçirmək planlaşdırılıbmış.
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar