Türkiyəli gözəlin TACI əlindən alındı- FOTO

Türkiyəli gözəlin TACI əlindən alındı- FOTO
Want create site? Find Free WordPress Themes and plugins.
Almaniyada keçirilən “Miss Turkuaz Top Model 2017”də iştirak edən və “Top model” olan Dilan Oktaşın tacı əlindən alınıb.

“A24.Az” xəbər verir ki, Dilan müsabiqənin şərtnaməsinə əməl etmədiyi üçün barəsində belə bir qərar qəbul edilib.

“Miss Turkuaz” təşkilat komitəsinin sədri Yıldıray Cengiz mətbuata məsələ ilə bağlı yazılı açıqlama göndərib: “Müsabiqədə iştirak edən və dərəcə alan  Dilan Oktaş “Miss Turkuaz Top Model” şərtnaməsinə əməl etmədiyi üçün “Miss Turkuaz Top Model 2017” ünvanı və tacı geri alınıb”.

Açıqlamada həm də qeyd edilir ki, Dilan Oktaş imzaladığı müqaviləyə əməl etməyib. Təşkilat tərəfindən dəfələrlə xəbərdarlıq edilsə də, Oktaş yenə öz bildiyini edib. Məsələn, iştirak etdiyi iki tədbir barədə qurumu məlumatlandırmayıb./Ölkə.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar