A24 Xeber

Türkiyəli hakim dünya çempionatının oyununa təyinat alıb

Türkiyəli hakim dünya çempionatının oyununa təyinat alıb
40
13 İyun 2018 - 19:53

Rusiyada keçiriləcək dünya çempionatında növbəti üç oyunun hakim təyinatları açıqlanıb. 

A24.Az “Report”a istinadən xəbər verir ki, A qrupunda baş tutacaq Misir-Uruqvay matçı hollandiyalı hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Byorn Kyupers olacaq. Ona Sander Van Rokel və Ervin Zeynstra köməklik edəcək.

B qrupunda baş tutacaq Portuqaliya – İspaniya qarşılaşmasını isə italiyalı hakimlər idarə edəcək. Matçın baş hakimi Canluka Rokki, köməkçiləri isə Elenito di Liveratore və Mauro Tonolini olacaq.

B qrupunun digər oyunu Mərakeş – İran görüşü türkiyəli hakimlər briqadasına həvalə olunub. Qarşılaşmanın baş hakimi Cüneyt Çakır olacaq. Yan xətt hakimi funksiyasını isə Bahattin Duran və Tarık Orgun yerinə yetirəcək.

Qeyd edək ki, hər 3 qarşılaşma iyunun 15-i baş tutacaq. Misir – Uruqvay Bakı vaxtı ilə 16:00-da, Portuqaliya – İspaniya 22:00-da, Mərakeş – İran görüşü isə 19:00-da başlanacaq.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00