A24 Xeber

Türkiyəli aktrisa Leyla Bilginər , Dang Humması xəstəliyinə yaxalanıb.
A24.Az xəbər verir ki, onun bu xəstəliyə tutulmasında səbəb ağcaqanadın dişləməsi olub. Belə ki, xəstəliyin ən böyük daşıyıcıları adıkeçən canlıların dişləməsi ilə yayılır.

“Mənim üçün dua” edin deyən aktrisa həyatda qalmaq üçün mübarizə aparır. “5 gündür xəstəliklə mübarizə aparıram. Danışanda dişlərim bir-birinə dəydiyi üçün çox da söz deyə bilmirəm. Bu gələnlər, diqqətli olun. Bir ağcaqanad ucbatından sizdə ölümcül xəstəliyə yoluxa bilərsiniz. dünəndən mənim üçün etdiyiniz dualar yerinə çatır. dünən gecəki ağır prosesi qismən də olsa uzaqlaşdırmışam. Yaşamaq gözəldi. onu sevin. mənim üçün dua edin” deyərək bir video paylaşıb.
A24.Az sizə həmin kadrları təqdim edir:

https://youtu.be/4GQPybmGhjc

Məlumat xarakterli bildirək ki, Dang humması (dang qızdırması): Günümüzdə, bir qitədən digərinə səyahətin çətin olmadığı bir dövrdə səyahət yalnız insanlar üçün deyil, heyvanlar üçün də məqbuldur. Məsələn, Asiya pələng ağcaqanadı. Bir çox ekzotik heyvan kimi o da ticarət və ya gəmi səyahəti zamanı Avropaya daşınır və bu ağcaqanad Dang humması xəstəliyini yoluxdurur. Bu xəstəliyə məşhur futbolçu Ronaldo da yaxalanmışdı.

X.V, A24.Az 

 

Türkiyəli aktrisa Leyla Bilginər , Dang Humması xəstəliyinə yaxalanıb. A24.Az xəbər verir ki, onun bu xəstəliyə tutulmasında səbəb ağcaqanadın dişləməsi olub. Belə ki, xəstəliyin ən böyük daşıyıcıları adıkeçən canlıların dişləməsi ilə yayılır. “Mənim üçün dua” edin deyən aktrisa həyatda qalmaq üçün mübarizə aparır. “5 gündür xəstəliklə mübarizə aparıram. Danışanda dişlərim bir-birinə dəydiyi üçün çox da […]

Türkiyəli məşhur aktirsa ağcaqanad dişləməsindən bu hala düşdü- VİDEO

141