Türkiyəli nazir yoxa çıxan silahlardan danışdı

Türkiyəli nazir yoxa çıxan silahlardan danışdı
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə Milli Müdafiə Naziri Nurəddin Canik 15 iyul dövlət çevrilişinə cəhd olunan zaman Türkiyə Silahlı Qüvvələrinə məxsus yoxa çıxan bəzi silahlar haqda danışıb.

A24.Az xarici mətbuata istinadən xəbər verir ki, millət vəkilinin sualını cavablandıran müdafiə naziri həmin gecə TSQ-yə aid bəzi silahların yox olduğunu və bu istiqamətdə ölkə daxilində axtarış işlərinin həyata keçirildiyini bildirib.

Müdafiə naziri N.Canik silahların miqdarı və növü barədə məlumat verməyib. Nazir sözügedən silah və sursatın TSQ və Daxili İşlər Nazirliyinə aid olduğunu qeyd edərək, axtarış sistemləri vasitəsilə bu istiqamətdə işlərin aparıldığını vurğulayıb: “İtmiş silah-sursat siyahısı aktual məsələdir. Ələ keçirilən silah sursat müqayisə edilri və seriya nömrələrinə baxıb, uyğunlaşdırıldıqdan sonra silahlı qüvvələr inventarına daxil edilir” – deyə N.Canik əlavə edib.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar