Türkiyəli nazirdən İran açıqlaması: "Qaz idxalına davam edəcəyik"

Türkiyəli nazirdən İran açıqlaması: “Qaz idxalına davam edəcəyik”
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin Enerji və Təbii Ehtiyatlar naziri Fatih Dönməz, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalarla bağlı açıqlama verib.

A24.Az Tükiyə mediasına istinadən xəbər verir ki, nazir “Qaz idxalımız uzun dövrlü bir müqaviləyə əsaslanır. Vətəndaşı soyuqda və ya elektriksiz qaranlıqda qoymaq kimi bir vəziyyət olmayacağına görə müqavilə müddəalarına uyğun olaraq bu ticarətimiz davam edəcək”, deyə bildirib. Nazir Dönməz, müqavilə müddəalarına uyğun olaraq İran ilə ticarətin davam edəcəyini söyləyərək, ABŞ-a gedən Türk nümayəndə heyətinin İrana sanksiyalar da daxil olmaqla bir sıra mövzu haqqında müzakirə apardığını və bu dialoqdan yaxşı bir nəticə çıxacağı qənaətində olduğunu bildirib. Türkiyənin A telekanalının xəbərlər proqramının canlı efirində danışan Fatih Dönməz, ABŞ-ın İrana tətbiq edəcəyi embarqo və ABŞ prezidenti Donald Trampın İran ilə iş görənlərin ABŞ ilə iş görməyəcəyi açıqlamasına cavab olaraq, təhlükəsizliyinin olduqca mühüm olduğunu və Türkiyə ilə İran arasında çox qədim illərə söykənən bir ticarət əlaqəsi olduğunu söyləyərək, bu sözləri ifadə edib: “Başda qaz və neft olmaq üzrə, qaz idxalımız da uzun dövrlü bir müqaviləyə əsaslanmış şəkildə aparılır, bunun müddəti 2026-ci ilə qədər də davam edəcək. İllik ordan təxminən 9.5 milyard kubmetr həcmində qaz alırıq. Vətəndaşı soyuqda və ya elektriksiz qaranlıqda qoymaq kimi bir vəziyyət olmayacağına görə müqavilə müddəalarına uyğun olaraq bu ticarətimiz davam edəcək”, – deyə Türkiyəli nazir qeyd edib. Türkiyə nümayəndə heyətinin dünən ABŞ-a getdiyi istiqamətindəki xəbərləri xatırladan nazir “Bir heyətimiz hazırda ABŞ-da, bu sanksiyalar da daxil olmaqla bir sıra məsələ haqqında da müzakirələr də aparılır. Bu dialoqdan yaxşı bir nəticə çıxacağı qənaətindəyik”, – deyə bildirib. ABŞ-ın İrana birtərəfli embarqo tətbiq etdiyini söyləyən Dönməz “Keçmişdə BMT-nin qərarı ilə tətbiq olunur, o zaman biz də buna əməl etmək iqtidarnda idik. Belə ki, Aİ da əslində bundan olduqca narahatdır. Biz qanuni bir ticarətdə aparırıq qonşuluq hüququmuz var, təhlükəsizlik baxımından da əhəmiyyətlidir, bu çərçivədə qiymətləndirilməsini düşünürəm”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar