Türkiyəli qadın jurnalist Rio-de-Janeyronun mərkəzində döyülüb

Türkiyəli qadın jurnalist Rio-de-Janeyronun mərkəzində döyülüb
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyəli jurnalist Canan Qaya 2016-cı il Yay Olimpiya Oyunlarının keçirildiyi Rio-de-Janeyronun mərkəzində canilər tərəfindən döyülüb.

“A24.az” “Report”a istinadən xəbər verir ki, bu barədə o, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasına (AIPS) məlumat verib.

“Cümə günü səhər üç nəfər gənc mənə hücum etdi, onlardan biri üzümə vurdu, daha sonra isə məni yerə yıxdılar. Yaxınlıqdan keçənlərdən heç biri dayanıb mənə kömək etmədi. Onlar qaçandan sonra, mən dərhal hadisə baş verən yerdən 150 metr aralıda dayanan Oyunların Təşkilat Komitəsi əməkdaşlarına və könüllülərə tərəf getdim. Onlardan heç biri mənə kömək edə bilmədi, mənim kimə müraciət etməli olduğumu mənə demədi və bu özümü daha da pis hiss etdim”, – deyə Qaya bildirib.

Braziliyanın “Globo” portalının məlumatına görə, polis baş verən hadisədə cümə günü fransalı turistlərə hücumda ittiham olunan bir qrup şəxsi şübhəli bilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar