A24 Xeber

Türkiyə kanallarından birində Azərbaycan Ordusu haqqında söylənilən fikirlər diqqət çəkib.

“A24.az” xəbər verir ki, 13 ildir təqaüddə olan kiçik rütbəli zabit Oktay Yıldırım Türkiyə Ordusunun gücündən danışarkən  Azərbaycan Ordusunun tarixi keçmişi haqqında fikirlərini də paylaşıb.

O bildirib ki, Azərbaycanın keçmiş tarixində əsgərlik yox idi və bu səbəbdən dolayı Oktyabr İnqilabında Ermənistan Silahlı Qüvvələrinin qarşısında qətlə yetiriliblər:

“İt belə vətənini müdafiə edər. Gedin bir itin qarşısından çörəyini, yuvasını almağa çalışın, dərhal özünü müdafiə edəcək. Onun müdafiə olunması üçün təbii refleksi – dişləri, dırnaqları vardır. Sən də bir insan olaraq Vətənini, yuvanı müdafiə edə bilməlisən. Ordu bunun məktəbidir, ordu sənə Vətənini müdafiə etməyi öyrədir.

Azərbaycanlılar Çar Rusiyasına ordu verməzdi, ona görə də Azərbaycanın keçmişində əsgərlik yox idi. Əsgərlik ənənəsini yaradıb xalq arasında yayacaq bir komandanlığını da qura bilmədilər və Oktyabr İnqilabında Ermənistan Silahlı Qüvvələrinin qarşısında qətlə yetirildilər. Azərbaycan hələ indi-indi ordu ruhuna qovuşur. Türk Ordusundan gedən insanlar onları təlimləndirirlər, orda yeni-yeni əsgərlik ənənəsi yaranır və  işğal altında olan torpaqlarını qoruyurlar.

Ordu bir məktəbdir, insana yeməyini və yuvasını qorumağı öyrədir, bunun nəyi pisdir?! Vətənini müdafiə etməyin nəyi yanlışdır?”, – deyə Oktay Yıldırım Türk Ordusunun dünyadakı təsir gücündən danışıb.

“A24.az” sözügedən danışığı videoda təqdim edir:

A24.az / MTM

Türkiyə kanallarından birində Azərbaycan Ordusu haqqında söylənilən fikirlər diqqət çəkib. “A24.az” xəbər verir ki, 13 ildir təqaüddə olan kiçik rütbəli zabit Oktay Yıldırım Türkiyə Ordusunun gücündən danışarkən  Azərbaycan Ordusunun tarixi keçmişi haqqında fikirlərini də paylaşıb. O bildirib ki, Azərbaycanın keçmiş tarixində əsgərlik yox idi və bu səbəbdən dolayı Oktyabr İnqilabında Ermənistan Silahlı Qüvvələrinin qarşısında qətlə […]

Türkiyəli zabit Azərbaycan Ordusu haqqında: “Hələ indi-indi ordu ruhuna qovuşur və torpaqlarını qoruyur” – VİDEO

74