Türkiyəni sıxışdırmaq üçün kimlər Bəşər Əsədə kömək edir?

Türkiyəni sıxışdırmaq üçün kimlər Bəşər Əsədə kömək edir?
Want create site? Find Free WordPress Themes and plugins.

Astana danışıqlarında İran və Rusiyanın Afrin məsələsində Türkiyəyə dəstək verdiyi ortaya çıxıb.

“A24.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bununla bağlı Astana görüşlərini yaxından izləyən və rus nümayəndə heyəti ilə görüşlər keçirən suriyalı diplomat Bəsil əl-Həc Casim 7-ci Astana konfransında İran və Rusiyanın bu qərarın Türkiyəyə həvalə edilməsi ilə bağlı açıqlama verib.

Onun sözlərinə görə, Tehran və Moskva Afrin əməliyyatı ilə bağlı təşəbbüsün Ankarada olduğunu bildiriblər:

“Afrin və İdlib məsələsində Türkiyə azı 3 ayını itirib və hər keçən gün Türkiyənin əleyhinə işləyir. ABŞ-ın şantajları və əngəl törətməsi nəticəsində Türkiyə Silahlı Qüvvələri Afrinə müdaxilə etməkdə gecikdi. Astanada rusiyalı səlahiyyətlilər PKK-ya “Tel Rıfatdan başlayaraq bölgəni sahiblərinə təslim edin” dediklərini, ancaq təşkilatın ABŞ-ı araya soxduğunu mənə bildirdi. Hazırda Rusiya və İran təşəbbüsü Türkiyəyə buraxıb. Türkiyə isə bu məsələni ABŞ-la müzakirə edir.

Astanada İran Əsəd rejimini Afrin məsələsində yola gətirməklə bağlı tam zəmanət verib. Əsədlə PKK arasında bir çox gizli və qaranlıq ittifaqlar var. Onlar İdlib hücumları ilə Afrindən diqqəti yayındırmaq və Türkiyəni pis vəziyyətə salmaq istəyirlər. Türkiyəni sıxışdırmaq üçün Əsədə Körfəz ölkələri də yardım edir”.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar