Türkiyənin baş nazirindən Azərbaycan sürprizi

Türkiyənin baş nazirindən Azərbaycan sürprizi
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin baş naziri Binali Yıldırım Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunacaq VI Qlobal Bakı Forumunda iştirak etmək üçün 14-15 mart tarixlərində Azərbaycanın paytaxtı Bakıya səfər edəcək.

“A24.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, nazirlikdən verilən açıqlamaya görə, ikili görüşlərin də baş tutacağı səfərdə Binali Yıldırımın Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi, Baş nazir Artur Rasi-zadə və Milli Məclisin sədri Oktay Əsədovla görüşəcəyi bildirilir.

VI Qlobal Bakı Forumunda iştirak edəcək digər əcnəbi dövlət və hökumət başçıları ilə də ikili görüşlərin gerçəkləşdirilməsi nəzərdə tutulan baş nazir Yıldırımın media və iş dünyası ilə də görüşəcəyi qeyd edilib.

Həmçinin baş nazir Binali Yıldırımın martın 15-də “İştirakçı icmalar yaratmaq üçün fərqlərin azaldılması” başlığı ilə keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində “Güc: Böyük güclər və digərləri” mövzusunda kürsüdə çıxış edəcəyi ifadə edilib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar