Türkiyənin F-35-ləri təhvil alacağı tarix açıqlandı

Türkiyənin F-35-ləri təhvil alacağı tarix açıqlandı
Want create site? Find Free WordPress Themes and plugins.
 
Türkiyənin F-35 hərbi təyyarələrini təhvil alacağı vaxt açıqlanıb.
 
A24.Az xəbər verir ki, hərbi texnika iyunun 21-də ABŞ-da sahibinə təhvil veriləcək.
Türkiyənin Müdafiə Sənayesi müşaviri İsmayıl Dəmir,  Türkiyənin F-35 proqramının  9 ortağından biri olduğunu bildirib.
“Bu ortaqlıq müqaviləsidir. Bu andan senatorlar, konqresdə edilən mübahisələr proqramımıza heç bir təsir göstərmir. Hərbi texnika bizə təhvilverildiyi zaman heç kəsdən icazə almayacağıq. Bunun icazəssi artıq verilib”- deyə İsmayıl Dəmir vurğulayıb.
Türkiyə proqrama ortaq olmaq üçün 1 milyard dollar pul verib və 100 F-35 almağı planlaşdırıb.
İsmayıl Dəmir əlavə edib ki, Türkiyə F-35-ləri təhvil aldıqdan sonra pilotları ABŞ-da təlimlərini davam etdirəcək. Bir il sonra yəni 2019-cu ildə hərbi təyyarələr Türkiyə səmasında görünəcək.
Nərmin Kərim, A24.Az
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar