Türkiyənin gələcək prezidenti əslində Muharrem İncedir? - Maraqlı ŞƏRH - VİDEO

Türkiyənin gələcək prezidenti əslində Muharrem İncedir? – Maraqlı ŞƏRH – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin “Star” kanalında siyasətçilər seçkilərin nəticəsini şərh edərkən verilişdə maraqlı fikir səsləndirilib.

“A24.az” xəbər verir ki, verilişdə prezidentliyə namizəd olan və Ərdoğanın bir nömrəli rəqibi sayılan Muharrem İnceyle bağlı eyni partiyadan olan Gürsel Tekin fikir söyləyib. O, Muharrem İncenin bu məğlubiyyətini Ərdoğanın əvvəlki vaxtları ilə müqayisə edib və onun da gələcəkdə prezident ola biləcəyinə işarə edib:

“Muharrem İncenin performansına gələndə, həqiqətən möhtəşəm iş gördü. Ona qarşı bu qədər marağın olacağını gözləyirdik, gözləməməyimiz mümkün belə deyildi. Bilirsiniz ki, hörmətli Ərdoğan Bəyoğlu bələdiyyə sədri oldu, sonra vəzifəsini itirdi, millət vəkilliyinə namizəd oldu, amma qələbə qazanmadı, sonra isə prezident oldu. Yəni hörmətli İncenin də vəziyyəti ona bənzəyir. Siyasət belədir, zaman bəzən sizi başqa yerə apara bilər. Odur ki, hörmətli Muharrem İnce son dərəcə uğurlu kampaniyaya imza atdı”.

Qeyd edək ki, Gürsel Tekin Cümhuriyyət Xalq Partiyasının (CHP) baş katibi və İstanbul millət vəkilidir.

“A24.az” türk mediasında yayımlanan görüntüləri təqdim edir:

A24.az / MTM

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Siyasət, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar