A24 Xeber

Türkiyənin prezidentlik kürsüsünə 6-cı sinif şagirdi əyləşdi

Türkiyənin prezidentlik kürsüsünə 6-cı sinif şagirdi əyləşdi
35
23 Aprel 2018 - 14:20

Türkiyədə 1981-ci ildən bəri Milli Suverenlik və Uşaqlar günü kimi qeyd edilən 23 apreldə yenə də ənənəyə sadiq qalınıb.

A24.Az xəbər verir ki, Türkiyə prezidenti və baş naziri öz kürsüsünü uşaqlara təhvil verib.

Prezidentlik kürsüsündə bu dəfə 6-cı sinif şagirdi, 12 yaşlı Fateh Mintaş oturub.

Ərdoğana ünvanlanan “Nəvələrinizlə bayramlaşa bildinizmi?” sualına 12 yaşlı Fateh cavab verib:

“Mən qardaşımın məşqini izləmişdim. Onunla birgə vaxt keçirməyə çalışıram” – deyə Fateh bildirib.

Məktəblinin  bu cavabı salonda gülüşə səbəb olub.

Nərmin Kərim, A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00