A24 Xeber

Türkiyənin Rusiyadan hava müdafiə sistemi olan “S-400” zenit raket komplekslərini almaması üçün mübarizə aparan ABŞ-ın Hava Qüvvələri naziri Heather Vilson bunun səbəbini açıqlayıb.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, açıqlamasında nazir “Rusiyanın “S-400”ləri havadan nəzarət və idarə təyyarələrimizi vurar” deyib.

Vilson mübaribə baş verərsə,  ABŞ-ın hava nəzarəti üçün ən çox güvəndiyi “Northrop Grumman E-8” nəzarət, idarə təyyarələri və JSTARS radar sisteminin belə “S-400” qarşısında gücsüz qalacağını etiraf edib.

“S-400” zenit-raket komplekslərinin təsirindən danışan Vilson “Bu təyyarələr modernləşmədən sonra belə Rusiya və Çin texnologiyaları üçün asan hədəf olacaq. JSTARS sistemiylə təchiz edilən təyyarələrimiz qurudan hava tipli uzun mənzilli raketlərlə döyüşün ilk günündən vurular” deyə qeyd edib.

Qeyd edək ki, Amerikanın xarici işlər naziri Pompeo Tükiyənin Rusiyadan “S-400” hava müdafiə sistemlərini almaması üçün səy göstərdiklərini, bunun gerçəkləşməməsinə ümid etdiklərini bildirib: “Türkiyənin “S-400” almaması üçün işləri davam etdiririk. Onlar hələ bunu etməyiblər və heç bir zaman almayacaqlarına ümid edirik”.

A24.az

Türkiyənin Rusiyadan hava müdafiə sistemi olan “S-400” zenit raket komplekslərini almaması üçün mübarizə aparan ABŞ-ın Hava Qüvvələri naziri Heather Vilson bunun səbəbini açıqlayıb. “A24.az” türk mediasına istinadən xəbər verir ki, açıqlamasında nazir “Rusiyanın “S-400”ləri havadan nəzarət və idarə təyyarələrimizi vurar” deyib. Vilson mübaribə baş verərsə,  ABŞ-ın hava nəzarəti üçün ən çox güvəndiyi “Northrop Grumman E-8” […]

Türkiyənin “S-400” almasını niyə istəmirlər? – ABŞ açıq etiraf etdi

72