Türkiyənin şəhid verdiyi 11 əsgəri bir-bir FOTOLARDA - "Zeytun budağı" 23-cü günündə

Türkiyənin şəhid verdiyi 11 əsgəri bir-bir FOTOLARDA – “Zeytun budağı” 23-cü günündə
Want create site? Find Free WordPress Themes and plugins.

Dünən Afrində həyata keçirilən əməliyyatda Türkiyə 11 əsgərini şəhid verib. Daha 11 əsgər isə yaralanıb.

“A24.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türk Silahlı Qüvvələrinin açıqladığı məlumatda ATAk tipli helikopterin vurulması nəticəsində 2 əsgər şəhid olub.

Şəhid olan əsgərlərdən biri Kırıkkalədə yaşayan Ali və Ayşə Mut cütlüyünün 3 övladından biridir. Pilot Leytenant Erdem Mutun acı xəbəri ailəsinə çatdırılan zaman ana və atasının əhvalı pisləşərək xəstəxanaya aparılıblar.

Şəhid olan digər pilot Yüzbaşı Mehmet İlker Kahramanın acı xəbəri həyat yoldaşına verilib. Xəbər verilməzdən əvvəl şəhidin ailəsinin evinə təcili yardımla gediblər.

 

“Zeytun budağı” əməliyyatında şəhid olan 23 yaşlı Erbaş Enes Sarıarslanın ata ocağına da xəbər göndərilib. Şəhidin atası “Dövlətimiz sağ olsun. Övladlarımız bizim deyil dövlətimizindir. Allah baqa kimsəni yandırmasın” deyib. Həmçinin bildirilib ki, şəhid olan sarıarslan əməliyyata yola salınarkən reportaj edən müxbirlərə “Toya gedirik” deyib.

26 yaşlı çavuş Hamza Karacaoğlunun da şəhid olması Çamoluk bölgəsində yerləşən Kılıçtutan kəndində yaşayan ailəsinə verilib. Şəhidin 3 il bundan əvvəl evləndiyi öyrənilib.

Şəhid Piyada Böyük Çavuş Hasan Kuş – 30 yaş (Mərsin)

Şəhid Çavuş Halis Koca – 28 yaş (Adana)

Şəhid Piyada Çavuş Burak Akalın (Samsun)

Şəhid Piyada Çavuş Hüseyin Şahin

Şəhid Piyada Çavuş Koray Karaca (İstanbul)

Şəhid Piyada Çavuş Serdar Ege (Eskişehir)

Şəhid Piyada Çavuş Oğuzcan Ekiz – 27 yaş (Hatay)

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar