Türkiyənin sosial mediası Mübarizə görə coşdu: "Kanınız coşacak bu destana, Ermenistan Şokta" - VİDEO

Türkiyənin sosial mediası Mübarizə görə coşdu: “Kanınız coşacak bu destana, Ermenistan Şokta” – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

O,19 iyun 2010-cu il tarixində Tərtər rayonunun Çaylı kəndi yaxınlığında şəhid olub.

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.
2005-ci ildə orada orta təhsilini başa vurub.
Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətə başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək erməni səngərinə hücum edib. Düşməni ağır itkilərə məruz qoyan Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub.
19 iyun 2010-cu il tarixində Tərtər rayonunun Çaylı kəndi yaxınlığında şəhid olub. Düşmənlə aramsız danışıqlardan sonra onun meyitini geri almaq mümkün olub. Ölümündən sonra M.İbrahimova Milli Qəhrəman adı verilib.
 Qəhrəmanın doğum günü bütün Türkiyədə böyük sevgi ilə qeyd edilir. Sosial mediada qəhrəmanlığı şərh edilir.
A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar