Türkiyənin təhlükəsizlik qüvvələri Afrinə gedir - FOTO

Türkiyənin təhlükəsizlik qüvvələri Afrinə gedir – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin 64 təhlükəsizlik qüvvəsi Suriyanın Afrin bölgəsində terrorçulara qarşı həyata keçirilən “Zeytun budağı” əməliyyatında iştirak etmək üçün yola salınıblar.

“A24.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ergani Jandarma Komandirliyinin tərkibində olan 28 təhlükəsizlik qüvvəsi, Kulpdan isə 36 nəfər təhlükəsizlik qüvvəsi Afrinə göndərilib.

Yola salma mərasimində xidmətə göndəriləcək əsgərlər üçün qurban kəsilib, “Gözəl Vətənimiz üçün hər an ölməyə hazırıq!”, “Əvvəlcə Vətən!” şüarları səsləndirilib.

Həmin ərəfədə təhlükəsizlik qüvvələrindəki əsgərlərin əllərini açaraq dua etmələri də diqqətdən yayınmayıb.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar