Türkiyənin xüsusi təlim keçdiyi qırmızı beretli "Kürd Qartalları" - Afrinə girməyə hazır vəziyyətdə - VİDEO

Türkiyənin xüsusi təlim keçdiyi qırmızı beretli “Kürd Qartalları” – Afrinə girməyə hazır vəziyyətdə – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

“Suriyalılar niyə savaşmır?” soruşanlara, budur Afrinə girməyi gözləyən Azad Suriya Ordusunun əsgərləri… Afrinli kürdlərdən ibarət xüsusi qüvvələr PKK-ya qarşı hazırdır.

Afrinli kürdlərdən ibarət olan xüsusi təlimlənmiş qüvvələr Türk əsgəri və Azad Suriya Ordusunun YPG/PKK terror təşkilatına qarşı verdiyi mübarizədə iştirak edir.

“A24.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Azad Suriya Ordusunun tərkibində yaradılan Afrinli kürdlərdən ibarət Hamza Tümeninə bağlı Sukuru Erkat Briqadası “Zeytun budağı” əməliyyatında türk əsgərlərinin yanında yer almaq üçün hazırlıqlarını tamamlayıb.

“Kürd Qartalları” adlandırılan qüvvələr xüsusi təlim keçmiş, tünd qırmızı beretli və seçilmiş Kürd birliyi olaraq təqdim edilib.

Türkiyənin verdiyi təlimləri tamamlayaraq əməliyyata hazır vəziyyətə gətirilən qüvvələrin bölgəni tanıyan gənclərdən ibarət olması əməliyyata əhəmiyyətli dərəcədə təsir göstərəcəyi gözlənilir.

“A24.az” xüsusi təlimlənmiş “Kürd Qartalları”nın görüntülərini təqdim edir:

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar