Türkiyəyə dəstək çıxan Azərbaycan da hədəfdədir - "Türk ordusuna köməyə gedərsiniz?" - VİDEO

Türkiyəyə dəstək çıxan Azərbaycan da hədəfdədir – “Türk ordusuna köməyə gedərsiniz?” – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

“Afrin əməliyyatına sonuna qədər dəstək çıxan Azərbaycan da PKK-lıların hədəfindədir”.

“A24.az” bildirir ki, bu haqda Türkiyə KİV-də deyilib.

Xəbərdə bildirilib ki, Hollandiyanın Amsterdam şəhərində PKK-nı dəstəkləyən avropalılar küçədə etiraz ediblər. Etiraz zamanı Hollandiya polisi etirazçıların təhlükəsizliyini qoruyub. Etiraz zamanı terrorçuları dəstəkləyənlərdən biri türk taksi sürücüsünə hücum edib.

Terrorçulara dəstək olaraq Türkiyə ordusuna qarşı etirazlar Fransanın paytaxtı Parisdə və Almaniyanın Köln şəhərində də yaşanıb.

Həmçinin terrorçuların tərəfdaşları azərbaycanlılara da hücum edib. Bildiyimiz kimi ötən gün Hollandiyada yerləşən Azərbaycan diasporasına silahlı hücum edilib. Xoşbəxtlikdən hadisə zamanı binada kimsə olmayıb.

“Azərbaycanlılar da hədəfdədir, çünki sonuna qədər “Zeytun budağı” hərəkatına dəstəkdirlər. Baş verənlər də sübutdur” deyə bildirilən videoxəbərdə, azərbaycanlılar arasında sorğu keçirilib. Sorğu zamanı şəhər əhalisindən “Türkiyə ordusu çətin vəziyyətdə olsa, köməyə gedərsiniz?” sualı verilib.

“A24.az” Türkiyə mediasında yayımlnana videomaterialı təqdim edir:

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar