Türklər pomidorlarını "Azərbaycan istehsalı" adıyla Rusiyaya keçirmək istədilər, alınmadı - tonlarla məhsul çölə atıldı

Türklər pomidorlarını “Azərbaycan istehsalı” adıyla Rusiyaya keçirmək istədilər, alınmadı –  tonlarla məhsul çölə atıldı
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya Federal Baytarlıq və Bitki Sağlamlığına Nəzarət Xidməti Kalininqrad bölgəsi üzrə rəhbəri bölgədə Türkiyədən gəldiyi açıqlanan 196 kilo pomidorun məhv edildiyini bildirib.

“A24.az” bildirir ki, “Rosselhoznadzor” media xidmətindən verilən açıqlamaya görə, pomidorlar Çernışevskoye-Kibartay sərhəd məntəqəsində nəzarətdən keçirilərkən, yük maşınının “Liana” ünvanına gəldiyini bildirilib. Sənədlərdə tərəvəzlərin Azərbaycanda istehsal edildiyi yazılmasına baxmayaraq, nəzarət zamanı TIR-da türk pomidorlarının da olduğu aşkar edilib.

Laboratoriya araşdırmalarından sonra pomidorlarda Rusiyaya girişi qadağan olan böcəklərin aşkar edildiyi və qanunlara əsasən məhsulların məhv edildiyi bildirilib.

Firuzə Alimova

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar