Türkmənbaşıdan gözlənilməz qərar: Ordunu 1 saata hazır vəziyyətə gətirin!

Türkmənbaşıdan gözlənilməz qərar: Ordunu 1 saata hazır vəziyyətə gətirin!
Want create site? Find Free WordPress Themes and plugins.

Türkmənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təlimləri keçirilib.

A24.Az Türkmənistan mətbuatına istinadən xəbər verir prezident Qurbanqulu Berdiməhəmmədov şəxsi heyətin döyüş qabiliyyəti və bacarığının yoxlanılması məqsədilə gözlənilmədən, 1 saat ərzində Silahlı Qüvvələrin döyüş hazırlığı vəziyyətinə gətirilməsi ilə bağlı əmr verib.

Ordunun hazır vəziyyətə gətirilməsi ilə bağlı Türkmənistan müdafiə naziri Y.Berdiyev prezidentə məruzə edib. Türkmənistan dövlət başçısına ordunun silahlandırılması üçün istifadə olunacaq müasir hərbi hava və xüsusi texnikalar təqdim edilib. O, Hərbi Hava Qüvvələri arsenalında yer alan yeni texnikaların parametrləri, baxım və istifadə özəllikləri ilə yaxından maraqlanıb. Eyni zamanda prezident sınaq mərhələsində olan hərbi nəqliyyat təyyarəsinin mühərrik gücü, manevr qabiliyyəti, özəllikləri ilə də tanış olub. Bildirilib ki, bu təyyarə vasitəsilə hərbi texnika, maşın və silahlar bir yerdən başqa yerə daşına bilər.

Q.Berdiməhədmədov güc strukturlarının rəhbərlərinə qarşıya qoyulmuş məsələlərin, hədəflərin, ordunun müasir vasitələrlə, texnikalar vasitəsi ilə effektiv tədbirlər görməyə, həmçinin ordunu müasir güclü texnika ilə təchiz etmək üçün fəaliyyətləri artırmaq barədə tapşırıq verib.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar